Gülüş krizinə girən qadın öldübackend

Gülüş krizinə girən qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən həftə Amerikanın Pensilvaniya ştatında olub.
Trib Liveın xəbərinə görə, 15 yaşındakı qızı ilə istirahətdə olan müəllimə gülməyə başlayanda eyvanın kənarında yerləşdiyini və başını arxaya doğru atanda tarazlığını itirərək düşdüyünü bildirib. Dostları kədərli hadisənin meydana gəlməsində spirtli içkinin hər hansı bir təsirinin olmadığını söyləyib.
Bədəninin müxtəlif yerlərindən yaralanan və beyni zədələnmiş Ciferno, San Dieqoda qaldırıldığı xəstəxanada həyatını itirib. Tələbələri tərəfindən çox sevilən müəllimənin qəfil ölümü dərin bir kədərə yol açıb.

28 ildir ki, müəllimlik edən Cifernonun ölümündən sarsılan dostları onun yalnız bir müəllim deyil, eyni zamanda, bir dost, bir yol göstərici və ilham mənbəyi olduğunu bildirib. Arxada ər və iki uşaq qoyan Cifernonun orqanları, nəql gözləyən 5 nəfərə bağışlanıb.

İnterpress.az