Ukrayna, Leninə tamamilə vida etdibackend

Ukrayna, Leninə tamamilə vida etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Sovetlər Birliyi simvolları və Leninə qarşı sanki \”allergiyası inkişaf edən Ukrayna,\” kommunizmdən təmizləmə qanunu çərçivəsində apardığı işlərlə küçə və meydanlarda olan Sovet İttifaqı lideri Vladimir Leninin heykəllərinin hamısı qaldırıldı.
Liqa jurnalına danışan Ukrayna Milli Yaddaş İnstitutunun Rəhbəri Vladimir Vyatroviç \”İndiyə qədər 1320-si Lenin heykəli, 2389 abidə qaldırıldı. Bildiyimizə görə Ukrayna nəzarətindəki şəhərlərdə Lenin heykəli qalmadı\” dedi.
Vyatroviç, Lenini heç bir yerdə qoymayacaqlarını da bu sözlərlə nümayiş etdirdi: \”Ölkədəki kənd və təşkilatlarda hələ də Leninin heykəlləri qalmış ola bilər. Görsək, onları da sökəcəyik\”- dedi.
Gipsdən düzəldilmiş abidələrin heç bir dəyəri olmadığını irəli sürən Vyatroviç, bürünc heykəllərin əridilib muzeylərə göndərilə biləcəyini, Kiyevdə də heykəllərin nümayiş etdirəcəyi \”SSRİ-nin monumental təbliğatı adlı bir muzeyin açılmasını də bildirib.
Bu arada Ukraynadakı Lenin heykəli qorxusu ABŞ-da da baş verdi. ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietldən şəhərinin Bələdiyyə Sədri Ed Cənab Murray, şəhərdəki Lenin və Amerika Vətəndaş Müharibəsindəki Konfederasiya əsgərləri xatirəsinə 1924-ci ildə tikilən Konfederasiya Əsgəri heykəlinin götürülməsini təklif etdi.
Heykəllərin \”nifrət, irqçilik və zorakılığın simvolu olduğunu irəli sürən Cənab Murray,\” Tariximizi heç vaxt unutmamalıyıq. Ancaq vəhşilik həyata keçirən insanları ideallaşdırmamalıyıq\”- dedi.

İnterpress.az