Hindistan Məhkəməsindən “Boş Ol” qadağasıbackend

Hindistan Məhkəməsindən “Boş Ol” qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Hindistanda Ali məhkəmə, kişilərin həyat yoldaşlarına \”Boş ol\” təmin edən tətbiqi qeyri-qanuni elan edib.

Məhkəmə, ölkədəki Müsəlman kişilərin həyat yoldaşlarına 3 dəfə \”boş ol\” deyərək təmin edən tətbiq etməyin həm konstitusiyaya, həm də İslama zidd olduğuna hökm edib.

Məhkəmənin əsaslı qərarında \”boş ol\” tətbiqi dini bir əməlin parçası olmadığı və konstitusiyanın pozulması kimi qeyd edilib. 2015-ci ildə əri tərəfindən yazılan \”boş ol\” ərizəsi ilə, böyük sarsıntı keçirən Shayara Bano, məhkəməyə etiraz ərizəsi ilə müraciət edib.
Tətbiqetmənin qaldırılması üçün məhkəməyə müraciət edən Shayara Bano, mübahisələrdən sonra jurnalistlərə verdiyi müsahibədə, \”İnsanlara bu məsələni siyasətləşdirməməli və məhkəmənin qərarını qəbul etmələrini çağırıram. Ailəm dağılandan ağrı hiss etmişdim. Ümid edirəm ki, gələcəkdə, heç kim bu vəziyyətə düşmək məcburiyyətində qalmaz\” – dedi.

Ali Məhkəmə həmçinin parlamentdən bu istiqamətdə yeni bir qanun çıxarmasını istəyib.
Qeyd edək ki, Hindistanda qadın haqları müdafiəçiləri uzun müddətdir bu təcrübənin qaldırılması üçün mübarizə edirdi.

İnterpress.az