İraq ordusu Telaferə girdibackend

İraq ordusu Telaferə girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, İraqdakı BMT Humanitar Yardım Ofisi, İraq hərbi qüvvələrinin IŞININ əlində olan Telaferi ələ keçirmə əməliyyatı zamanı minlərlə vətəndaşın Telafer və ətrafından qaçdığına işarə etdi.
BMT İraq Humanitar Yardım Koordinatoru Lisey Qranda, İŞININ əlində olan Telaferi ələ keçirmək əməliyyatlarından əvvəl insnaların bölgədən qaçdığını bildirərək, \”Minlərlə insan təhlükəsizlikləri üçün Telaferden qaçır. Ailələr hədsiz istilərə baxmayaraq 20 saat, ac və susuz olaraq təhlükəsiz yerlərə çatmaq üçün yeriyir\” dedi.
Lisey Qranda, 30 min nəfərin bölgədən qaçdığını bildirərək, müharibənin davam etdiyi bölgədə neçə nəfərin olduğunun məlum olmadığını, ancaq yaxın günlər və həftələr minlərlə insan üçün hazırlıqların aparılır olduğunu dedi.
\”Ərzaq və su tükənir. İnsanlar əsas ehtiyaclarını qarşılamayacaq vəziyyətdə\” deyən Qranda, qarşıdurma zamanı mülki vətəndaşların həyatlarını qorumaqdan daha vacib bir şey olmadığına vurğu edərək döyüşən tərəflərə mülki itkilərə yol açmamaları çağırıb. BMT İraq Nümayəndəsi Lisey Qranda, \”Hökumət, nəqliyyat xidməti və kömək edərək insanı əməliyyata rəhbərlik edir. Təhlükəsiz bölgələrdə qaçqınlar üçün təcili düşərgələr qurulur, həyatlarını qurtarmaq üçün köməkliklər edilir\”-dedi.
Digər tərəfdən, 20 avqust etibarilə İraq Humanitar Yardım Planı üçün istənilən məbləğin yüzdə 50-dən daha azının alındığı, əlavə ehtiyatlara ehtiyac duyulduğu bildirildi.

İnterpress.az