Orqanizmdən toksinləri təmizləyir – Bitki çaylarıbackend

Orqanizmdən toksinləri təmizləyir – Bitki çayları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyrək daşlarının qarşısını almaq üçün, vaxtaşırı təmizləmə həyata keçirmək lazımdır. Siz göyərti, tərəvəz və meyvələrdən istifadə edə bilərsiniz. Yaxşı sidikqovucu təsiri qatırquyruğu, yabanı kök, ağcaqayın qönçələri, çobanyastığı ilə ala bilərsiniz.

Çobanyastığı dəmləməsi – 2 x. qaşığı quru çobanyastığını bir qaba qoyaraq üzərinə 200 ml qaynar su töküb 10-15 dəqiqəliyinə dəmləməyə qoyuruq. Dəmləmə hazır olduqdan sonra gündə 2 dəfədən artıq olmamaq şərti ilə 0,5 st içmək olar.

Quş üzümü dəmləməsi – Yüngül sidik qovucu təsirə malikdir. Eyni çobanyastığı kimi dəmlənir. Hər dəfə yeməkdən öncə 1 x.qaşığı qəbul olunur.

Qarğıdalı saçağının dəmləməsi – 1 ç. qaşığı qədər qarğıdalı saçağını 1 stəkan qaynamış suda 4-5 dəqiqə dəmlədikdən sonra hazırlanan çayı əsasən yeməkdən əvvəl 2-3 dəfə içmək lazımdır. Sidik yollarını təmizləyir, böyrəkdə iltihablaşmanın qarşısını alır.

P.S. Ümumiyyətlə sidikqovucu çayları axşam içmək məsləhət görülmür.

Orqanizmdən toksinləri təmizləyir - Bitki çayları

Unutmaq lazım deyil ki, orqanizmin bu otlara qarşı reaksiyası müxtəlif ola bilər.Bu səbəbdən sizlərə təqdim olunan reseptləri yüz ölçüb bir biçin.

İnterpress.az