Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi?backend

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bildirib.

R.Rzayev deyib ki, hələlik buna ehtiyac yoxdur:

“Bu istiqamətdə olan Azərbaycan qanunvericiliyi mükəmməldir. Hələlik qanun ikili vətəndaşlığa icazə verməsə də, mən bu sahədə heç bir problem görmürəm”.

Deputat yaxın gələcəkdə Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı qanun layihəsi hazırlanmadığını da söyləyib:

“Hələ ki, mənə belə layihə görməmişəm. Düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Ümumiyyətlə, ikili vətəndaşlığa icazə verilməsində zərər görmürəm”.

İnterpress.az