Hitler salamına həbs cəzasıbackend

Hitler salamına həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Avstriyanın aparıcı futbol klublarından Rapid Wien tərəfdarı bir adamın matç zamanı \”Hitler salamı\” verdiyi və sosial media hesabı üzərindən Nasist təbliğatı apardığı günahlandırması üzərə18 ay həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Avstriya mətbuatında yer alan xəbərlərdə, Rapid Wien futbol komandasının 13 avqust 2016 tarixində oynadığı bir qarşılaşmada, 5 uşaq atası 39 yaşlı bir şəxsin matç əsnasında Hitler salamı verdiyi və sosial media hesabı üzərindən Nasist təbliğatı apardığı və bu səbəblə də aparılan məhkəmənin başa çatdığı ifadə edildi.

Xəbərlərə görə, Vyana Dövlət Məhkəməsi tərəfindən edilən açıqlamada, daha əvvəl də çox sayda pul cəzası olan şəxsin, Rapid Wien futbol komandasına aid Gerhard Hanappi stadionunda keçirilən bir müsabiqədə bir çox dəfə Hitler salamı verdiyi və bu vəziyyətin stadiondakı kamera görüntüləri təsbit edildiyi bildirildi.
Açıqlamada, şəxsin 18 aya məhkum edilməsinin yanaşı ölkədə yerləşən stadionlara ömür boyu giriş yasağı ilə də cəzalandırıldığı qeyd edilib.

İnterpress.az