Amerikada Məscidlərə İslamofobik Məktublar “Yağır”backend

Amerikada Məscidlərə İslamofobik Məktublar “Yağır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika-İslam Münasibətləri Şurası, (CAIR) Kaliforniya və ölkənin cənub bölgəsindəki Georgia ştatında yerləşən dörd məscidə, Müsəlmanların ölkəni tərk etməsinin tələb olunduğu məktubların göndərildiyi səsləndi.
Daha \”Yaxşı Bir Yol üçün Amerikalılar\” olaraq imzalanan məktublar, Kaliforniya Sanda Claritadan poçt ilə göndərilib və ünvan olaraq şeytanın uşaqlarına ünvanlanıb. Birgə mesajların yerləşdiyi məktublarda, Müsəlmanların alçaltdığı və şeytana ibadət etməklə günahlandırdığı görülüb. Müsəlmanlar üçün yolun sonunun göründüyünü ifadə edən məktublarda, xilaskar kimi göstərilən Donald Trumpın, Amerikanı yenidən təmizləyəcəyini və bu işə ilk olaraq Müsəlmanlardan başlayacağı vurğulanır. Çirkin ifadələrin yerləşdiyi mesajlarda, Hitlerin Yəhudilərə etdiklərinin eyni Donald Trumpın Müsəlmanlara tətbiq edəcəyi iddia edilir. Son olaraq bölgədən uzaqlaşmağın ağıllı bir hərəkət olacağı tövsiyə edilir.

Amerikan-İslam Əlaqələri Şurası Təşkilatının Sədr Müavini İbrahim Hooper, bildirib ki, bu məktubları ölkə daxilində Müsəlmanlara olan nifrətin təkrar canlanması kimi səciyyələndirdi. Hooper, bu məsələ üzərində lazımi araşdırmaların başladığını və ölkədəki dini və siyasi liderlərin bu cür artan İslamofobiya qarşı reaksiya vermələrini gözlədiklərini deyib.

Donald Trumpin 8 Noyabr 2016-da Prezident seçkisini qazanmasının ardından, ölkə daxilində İslamofobiya halları daha da artıb. Cənub Yoxsulluq Hüquq Mərkəzi (SPLC), nifrət təcavüzü hesabatlarının, zorakılığın və sıxlığının əvvəlkindən daha yüksək rəqəmlərə çıxdığını göstərdiyini deyir.

Qeyd edək ki, Radikal Panislamizm qarşı mübarizə, Müsəlmanların ABŞ-a girməsini əngəlləmək və Amerika Müsəlmanlarını müəyyənləşdirmək üçün siyasətlər tətbiq edəcəyinə söz vermiş olan Trump tərəfindən aparılan sərt mübarizə kampaniyasının təməl daşlarından biri olmuşdur.

İnterpress.az