Məşhur Notting Hil Karnavalı öncəsi yüzlərlə insan saxlanıldıbackend

Məşhur Notting Hil Karnavalı öncəsi yüzlərlə insan saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, London polisindən edilən açıqlamada, bazar günü başlayacaq populyar tədbirdə iştirakçıların təhlükəsizliyinin ən yüksək səviyyədə tutulması məqsədi ilə paytaxt miqyasında çox ünvana bu gün erkən saatlarda basqın təşkil olunduğu bildirilib.

Ünvanlarda aralarda təxminən 340 nəfərin müxtəlif ittihamlarla həbs etdiyini bildirən İngilis rəsmiləri, basqınlarda 190 kəsici alət, 18 odlu silah ilə narkotik maddə ələ keçirildiyini bildirdi.

Polis, nəzarətə alınanlardan bəzilərinin girovla sərbəst buraxıldığını, ancaq karnavala iştiraklarının qadağan olunduğunu ifadə etdi.

İngilis polisi, 100-dən çox məmurun vəzifə apardığı əməliyyatın həftə ərzində davam edəcəyini vurğulayaraq karnavalda, iştirakçıların təhlükəsizliyinə üstünlük verildiyini xatırladıb.

Londonun qərbindəki məşhur Notting Hil Məhəlləsində hər il avqust ayının sonuncu bazar günü təşkil olunan 2 günlük karnaval, \”Avropanın ən böyük küçə partiyası\” kimi tanınır.
Əvvəlki illərdə təxminən 5 min polisin tapşırıldığı karnavalda bu il, izdiham sahələrdəki terror təhdidi səbəbindən çox sayda silahlı mülki polisin vəzifə etməsi gözlənilir.

İngilis rəsmiləri, mümkün terror hücumuna qarşı karnavalda, piyadaların istifadə edəcəyi və təntənəli nümayişin keçəcəyi sahələri də əlavə təhlükəsizlik tədbirləri qorumağı planlaşdırır.

Təxminən 1,5 milyon adamın qatıldığı karnavalda ötən il 2 gündə 240-dən artıq adam saxlanılıb, 4 nəfər bıçaqlanmışdı.

İnterpress.az