Keçmiş həmsədr Qarabağ danışıqlarının detallarını açıqladıbackend

Keçmiş həmsədr Qarabağ danışıqlarının detallarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerikanın Səsi”nə müsahibəsi zamanı Hoqland Qarabağın çətin keçmişini nəzərə alaraq onun statusunun qarşılıqlı anlaşma əsasında həll olunmasının vacibliyindən danışıb.

Hoqlandın sözlərinə görə Dağlıq Qarabağın daxili müstəqilliyi saxlanılmalıdır. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon isə işğaldan azad olunmalı və rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşma qadağan edilməlidir. Həmin rayonlarda Azərbaycanın suverenliyi bərpa olunmalıdır.

Digər tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirən dəhliz olmalıdır. Lakin bu dəhliz bütün Laçın rayonunu əhatə etməməlidir. Münaqişənin uzunmüddətli həlli variantı bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsini nəzərə almalıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli dünya birliyinin təminatı altında həyata keçirilməlidir.

İnterpress.az