Azay Quliyev Astanada nüvə silahına qarşı çağırışlar edəcəkbackend

Azay Quliyev Astanada nüvə silahına qarşı çağırışlar edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər çərçivəsində deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

Səfər çərçivəsində Azay QuliyevinQazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaevvə digər rəsmilərlə görüşləri də nəzərdə tutulub.

Səfər avqustun 30-da başa çatacaq.

İnterpress.az