“Hafiz Hacıyev vicdanı və əxlaqı olmayan adamdır”backend

“Hafiz Hacıyev vicdanı və əxlaqı olmayan adamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.İsmayılov “Ölkə.Az”-a açıqlamasında Hafiz Hacıyevi adam saymadığını deyib:

“Jurnalistlərdən xahiş odur ki, mənə bu adamla bağlı sual verməsinlər. Hafiz məni məhkəmə ilə qorxudur. Kaş ölkədə mənim qədər qanunpərəst adam çox olsun. Mən qanuna riayət edən adamam. Kimlərsə bir-birini söydürmək üçün Hafiz Hacıyevi ortaya tullayıblar. İnsanları Hafiz Hacıyev vasitəsilə söydürürlər. Hafiz Hacıyev vicdanı və əxlaqı olmayan adamdır. İndi onunla söz güləşdirməyim Hafiz Hacıyev üçün üstünlük olardı. Ona görə də Hafiz Hacıyev mənim üçün heç kimdir”.

A.İsmayılov qeyd edib ki, Hafiz Hacıyev vaxtilə sabiq prezident Heydər Əliyevi də təhqir edib:

“Həmin Hafiz Hacıyev 1994-1995-ci illərdə Heydər Əliyevi ən ağır ittihamlarla təhqir etdiyi üçün həbs olunmuşdu. Bu gün Hafiz Hacıyevə şərait yaradanlar da Heydər Əliyevə qarşı təhqirləri bölüşən adamlardır. Bunun başqa məntiqi yoxdur”.

İnterpress.az