Ağstafada 3 milyonluq QALMAQAL…backend

Ağstafada 3 milyonluq QALMAQAL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az saytının məlumatına görə, məktəbin təmiri üçün ayrılmış vəsait nəğd şəkildə bankdan çıxarılaraq rayon icra hakimiyyətinin birinci müavini Ramiz Səfərovun otağında seyfə qoyulub.

Səhərisi məlum olub ki, həmin vəsait oğurlanıb. Bundan sonra rayonda qalmaqal yaranıb. Məktəbin təmirinin vaxtı xeyli ləngiyib.

Ağstafa rayon İcra hakimiyyəti başçısının köməkçisi Mehdiyev Naqif isə saytımıza bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ağstafa rayon İcra hakimiyyətinə 24 saylı məktəbin tikintisi üçün 3,2 milyon pul ayrılıb.

\”Məktəbin tikintisi üçün ayrılmış vəsait Ağstafa rayon İcra hakimiyyətinin Maliyyə şöbəsinə köçürülüb. Hazırda həmin məktəbdə əsaslı yenidənqurma işləri aparılır. Bunu hər kəs gəlib müşahidə edə bilər. Bu məlumat heç bir həqiqəti əks etdirmir.

Nə birinci müavin Ramiz Səfərovun otağından, nə də İcra hakimiyyətindən heç bir oğurluq hadisəsi baş verməyib. Siz bunu Ağstafa rayon Polis İdarəsi və Prokurorluğu ilə də dəqiqləşdirə bilərsiniz”.

İnterpress.az