Bakıda qadın evində sursat gizlədən ərini polisə verdibackend

Bakıda qadın evində sursat gizlədən ərini polisə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələdiyini və yaşadıqları evdə sursat saxladığını bildirib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

İnterpress.az