Eldar İbrahimov: “Mehriban Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”backend

Eldar İbrahimov: “Mehriban Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərkən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib.

Komitə sədri deyib ki, Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada böyük nüfuz qazanmış şəxslərdəndir:
“Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanım səlahiyyətlərini çox yüksək səviyyədə yerinə yetirir. Onun gördüyü böyük uğurlu işlər göz qabağındadır. Mehriban xanım Əliyeva Azərbaycan xalqı üçün saysız-hesabsız böyük işlər görüb. Onun başçılığı altında yeni-yeni müasir məktəblər, səhiyyə və idman ocaqları tikilib istifadəyə verilib. Azərbaycanın ev sahibliyi etdiyi bütün mötəbər tədbirlər, beynəlxalq yarışlar məhz Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunub. Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən sadiq silahdaşıdır. Onun qaçqın və məcburi köçkünlər üçün gördüyü böyük uğurlu işlər də təqdir olunur. Onun gördüyü işlər barədə saatlarla, günlərlə danışmaq olar. Azərbaycan xalqı Mehriban xanımdan çox razıdır. Fürsətdən istifadə edib Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm”.

E.İbrahimov həmçinin qeyd edib ki, Mehriban Əliyeva ölkə başçısından sonra Azərbaycan Prezidenti olmağa ən layiqli namizəddir:

“Gördüyü böyük uğurlu işləri nəzərə alsaq, Mehriban xanım Azərbaycan Prezidenti olmağa layiqli insandır. Onun prezidentliyə namizəd olması da Yeni Azərbaycan Partiyasının sədrinin və İdarə Heyətinin qərarından asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyası rəhbərliyi məsləhət bilsə, Mehriban xanım Əliyeva Azərbaycan prezidentliyinə namizəd ola bilər. Yenə deyirəm ki, Mehriban xanım öz zəngin təcrübəsi və bacarığı sayəsində Prezidentliyin öhdəsindən də yüksək səviyyədə gələ bilər. Lakin bunun üçün Yeni Azərbaycan Partiyası rəhbərliyinin müvafiq qərarı olmalıdır. Onsuz da mən Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”.

İnterpress.az