14 yaşlı oğlanı avtomobil vurdubackend

14 yaşlı oğlanı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az