Nazirlikdən  hərbi hissədəki partlayışla bağlı açıqlamabackend

Nazirlikdən hərbi hissədəki partlayışla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, növbəti dəfə əraziyə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib.

Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.

İnterpress.az