Vəhşicəsinə döyülərək küçəyə atılan azyaşlının valideynləri tapıldıbackend

Vəhşicəsinə döyülərək küçəyə atılan azyaşlının valideynləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə virtualaz.org birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşaq vəhşicəsinə döyülüb, qollarında və başında yara izləri var. “Uşağın valideynləri azyaşlının axtarışa verildiyini deyib. Amma psixoloqun və birlik əməkdaşlarının uşaqla söhbətindən məlum olur ki, azyaşlı küçələrdə yaşayır. Uşaq “əmilər” tərəfindən döyüldüyünü deyir. Güman edirik ki, əmi dediyi adamlar valideynlərinin tanışıdır. Araşdırmalar bitənə qədər valideynlərinin uşaqla görüşünün məhdudlaşdırılması üçün rayon icra hakimiyyətinə müraciət edəcəyik. Çünki uşağın vəziyyəti çox ağırdır”, – K.Ağazadə əlavə edib.

Azyaşlı hazırda sığınacaqdadır, bu gün tibbi müayinədən keçiriləcək. Qeyd edək ki, polis azyaşlını Nərimanov rayonunun ərazisində tapıb.

İnterpress.az