“Qarabağ” braziliyalı futbolçunu icarəyə götürürbackend

“Qarabağ” braziliyalı futbolçunu icarəyə götürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürməyə hazırlaşır.

Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.

PAOK klubunun idman direktoru Lubos Miçel məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı yarımmüdafiəçi 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.

İnterpress.az