Prezident Əfranla zarafatlaşdı: “Topu arxada çox saxlama”backend

Prezident Əfranla zarafatlaşdı: “Topu arxada çox saxlama”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az teleqraf.com-a istinadən xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib.

Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.

Qeyd edək ki, “Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

İnterpress.az