UEFA-dan “Qarabağ”a şad xəbərbackend

UEFA-dan “Qarabağ”a şad xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Report”un sorğusuna cavab olaraq UEFA-nın Mətbuat xidmətindən deyilib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi məkanın dəyişdirilməsi ilə bağlı göndərdiyi sorğuya baxılıb. Klubun bu mərhələdəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib”, – UEFA-dan bildirilib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko”, noyabrın 22-də isə İngiltərənin “Çelsi” komandalarına qarşı keçirəcək.

İnterpress.az