Azərbaycanlı idmançı faciəvi şəkildə öldübackend

Azərbaycanlı idmançı faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə diaspor fəalı Rövşən Tağıyev məlumat yayıb. Bildirib ki, MMA döyüş idman növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.

İdmançının nəşinin Azərbaycana gətirilməsi üçün yüksək məbləğdə pul tələb olunur: “12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər.

Mərhum Türkiyədə yarışda qələbə qazanıb. Bundan sonra dostları ilə birlikdə istirahətə gedib. Taksidə mübahisə düşüb. Yerə düşəndə başqa bir maşın onu vurub. Qəzadan sonra Xəzəri xəstəxanaya çatdırıblar. Çox ciddi xəsarət aldığından onun həyatını xilas etmək mümkün olmayıb. Polis xəstəxanaya gəlib. Konsulu da ora dəvət ediblər. Şikayətlərinin olub-olmamasını soruşublar. Polis konsuldan soruşub ki, əgər şikayət etmirsinizsə, bu şəxsi azad edək. Konsul isə bildirib ki, meyitin xərclərini çəksin və biz ondan şikayət etməyək.

Həmin şəxs də bildirib ki, mənə bir gün vaxt verin. Səhəri gün idamançını vuran şəxs deyib ki, mənim buna imkanım yoxdur. Bu zaman konsul mərhumun yaxınlarırdan xərclərin ödənilməsini tələb edib. Deyib ki, tələb olunan məbləği yaxınları ödəsin, meyit onlara təhvil veriləcək. Səfir də konsulun fikirlərini təsdiq edib”- R.Tağıyev vurğulayıb.

Qeyd edək ki, X.Əliyev Ordubadda internat məktəbində böyüyüb.

İnterpress.az