Anasının sevgilisi tərəfindən zorlanan qızın bacısı da…backend

Anasının sevgilisi tərəfindən zorlanan qızın bacısı da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, hamilə qalan 12 yaşlı qızın özündən iki yaş balaca bacısı var:

“Evdə başqa uşaqlar varsa psixoloqlar onlarla söhbət aparmalıdır. Kim deyə bilər ki, həmin ata evdə başqa uşaqlara zorakılıq işlətməyib? Bildiyim qədər həmin evdə başqa bir azyaşlı qız uşağı var. Bu baxımdan həmin qız uşağı psixoloq, tərbiyəçilərin iştirakı ilə tibbi müayinədən keçirilməsi daha məqsədə uyğundur”.

Balakəndə 12 yaşlı qız hamilə qalıb. Rayon hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib. Araşdırma zamanı 12 yaşlı qızın atalığından hamilə qaldığı məlum olub.

İnterpress.az