“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdıbackend

“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb.

Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İnterpress.az