Toydan evə qayıdarkən bıçaqlandıbackend

Toydan evə qayıdarkən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın verdiyi məlumata görə, rayonun Əyləvəng kənd sakini 1978-ci il təvəllüdlü Elçin Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, E. Yusifov rayonda keçirilən toy şənliyindən çıxaraq evə gedən zaman həmkəndlisi tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnterpress.az