Pəncərə silərkən yıxıldı – 2 divar arasında qaldıbackend

Pəncərə silərkən yıxıldı – 2 divar arasında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat saat 11:18-də başa çatıb.

İnterpress.az