“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə yüksək əməkdaşlıqda əzmlidir”backend

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə yüksək əməkdaşlıqda əzmlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu fikrləri Azərbaycanın Çində yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı təşkilatın baş katibi Rəşid Alimov ilə görüşündə deyib.

Görüşdə Azərbaycanın ŞƏT-in dialoq üzrə tərəfdaş statusu çərçivəsində əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfir Ə.Zeynallı dialoq üzrə tərəfdaş statusunun Azərbaycan və təşkilat üçün faydalı olduğunu bildirib, fəaliyyəti dövründə əməkdaşlığın daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

ŞƏT-in baş katibi R.Alimov Azərbaycan səfirini yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İnterpress.az