Saakaşvilinin qardaşı saxlanıldıbackend

Saakaşvilinin qardaşı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mixail Saakaşvili \”Facebook\” sosial şəbəkəsində bildirib ki, Ukraynanın Daxili İşlər Nazirliyi onun qardaşını Kiyevdə saxlayıb: \”Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin nümayəndələri Avakovun rəhbərliyi ilə qardaşımı Kiyevdəki evindən çıxanda saxlayıblar və naməlum istiqamətə aparıblar. O, hüquqşünasdır və Ukraynada yaşamaq üçün icazəsi var. Görünür bununla onlar mənə təsir etmək istəyirlər ki, ukraynaya qayıtmayım. Siz məni yaxşı tanımamısınız. Bu mənim Ukraynanı və ukraynalıları müdafiə etmək qərarımı daha da möhkənləndirir\”.

Eyni zamanda rəsmi olaraq Ukraynanın hüquq-mühafizə orqanları həbs barədə məlumatları şərh etməyiblər.

İnterpress.az