Ana iki azyaşlı övladı ilə birlikdə intihar etmək istədibackend

Ana iki azyaşlı övladı ilə birlikdə intihar etmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.

Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.

Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az