Mingəçevirdə hamilə qadın döyülərək ağır xəsarət alıbbackend

Mingəçevirdə hamilə qadın döyülərək ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin bağlar yaşayış massivində baş verib. Əslən Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan 1992-ci il təvəllüdlü şəhər sakini Adamova Namilə Laçın qızı qonşuları ilə mübahisə və münaqişə zəminində döyülərək ağır xəsarət alıb. Təcili şəhər xəstəxanasına çatdırılan Namilə Adamova öncə Acil şöbəsində ilkin tibbi yardım alıb, daha sonra isə Genikologiya şöbəsinə yerləşdirilib.

Burada yaralının bətnindəki körpənin vəziyyətini öyrənmək üçün qadın müayinə edilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

İnterpress.az