Bakıda maşının vurduğu qadın həkimlərə hamamda yıxılaraq xəsarət aldığını bildiribbackend

Bakıda maşının vurduğu qadın həkimlərə hamamda yıxılaraq xəsarət aldığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Report” xəbər verir ki, 37 yaşlı Cabbarova Zülfiyyə Aqşin qızı sınıq xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O həkimlərə hamam otağında yıxılaraq xəsarət aldığını bildirib. Tibb işçiləri faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat veriblər. Polis əməkdaşları müəyyən ediblər ki, Z.Cabbarovanı Maştağa qəsəbəsində minik avtomobili vurub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.

İnterpress.az