Samuxda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölübbackend

Samuxda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Qərb bürosunun məlumatına görə, Samux-Əhmədbəyli yolunda \”VAZ-2107\” markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız \”Təcili yardım\” maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.

Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfərin adı məlum olub.

\”Report\”un məlumatına görə, Türkan İsgəndərovanın öldüyü qəzada aşağıda göstərilən 3 nəfər xəsarət alıb:

Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Vidadi oğlu Nağıyev;

Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Muxtar oğlu Mehdiyev;

Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Musayev.

Xəsarət alanlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İnterpress.az