Şəmkirdə narkomanlar xəstəxanaya basqın ediblərbackend

Şəmkirdə narkomanlar xəstəxanaya basqın ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəxsiyyətləri hələ ki, məlum olmayan 4 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxasının Travmatologiya şöbəsinə gələrək orada hay-küy salıblar. Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər.

Narkotik maddələri təsiri altında olan şəxslər həmin şöbədə işləyən İlhamə adlı tibb bacısının 600 manat dəyərində olan mobil telefonunu da otaqdan götürərək hadisə yerindən uzaqlaşıblar.

Xəstəxana əməkdaşlarının sözlərinə görə, bu cür faktlar xəstəxanada tez-tez baş verir.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az