Prezident “Xankəndi” sualtı gəmisinin təqdimat mərasimindəbackend

Prezident “Xankəndi” sualtı gəmisinin təqdimat mərasimində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

BP-dən verilən məlumata görə ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz Mərhələ 2 (ŞD2) layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilərək inşa edilib. Yeni 378 milyon ABŞ dolları dəyərində olan gəmi on bir il ərzində orada sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək. \”Xankəndi\” gəmisi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Keppel O&M şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. \”Xankəndi\” gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.

Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla \”Xankəndi\” gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçiləri mühəndis və layihə idarəetmə sahələrində ixtisaslaşmış həm yerli, həm də əcnəbi mütəxəssislərdən ibarətdir.

İnterpress.az