“Bu yazılar prezident seçkilərinə hesablanıb”backend

“Bu yazılar prezident seçkilərinə hesablanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BakuPost.az-a millət vəkili Fazil Mustafa \”Guardian”da dərc olunan məlum yazını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanı korrupsiyada, qeyri-qanuni əməllərdə ittiham edən ölkələrin özlərinə qarşı bu məsələlərlə bağlı istənilən qədər faktlar söyləmək olar: \”Bu gün dünyada, həmin ölkələrin özündə baş verən proseslərə diqqət etsəniz, görərsiniz ki, Liviyanın pullarının, Ərəb ölkələrinin, Misirin pullarının necə arxasına keçdilər, Qəddafinin sərvətini necə dağıtdılar və həmin ölkələr heç bunun hesabatını vermədilər. Fransanın keçmiş prezidenti Sarkozinin Qəddafi tərəfindən maliyyələşməsi məsələsi və digər məsələlər onu göstərir ki, onlar özləri qaranlıq işlərlə məşğul olurlar. Bizim ümumi dövriyyəmiz o dövlətlərin – Böyük Britaniyanın, Fransanın 0.1 faizi qədər deyil. Bizim kimi dövlətlərə mücərrəd ittihamlarla təzyiq göstərərək özlərini unutdurmağa çalışırlar”.

Millət vəkili əlavə edib ki, Azərbaycan kimi kiçik dövlətlərdə bu miqdarda vəsaitin fond vasitəsilə idarə olunması inandırıcı deyil: \”Həmin informasiyanın yayanların içində erməni əsilli şəxsin də olması onu göstərir ki, bu, Azərbaycanın imicini zədələmək üçün seçilmiş variantlardan biridir”.

F.Mustafa başdan-ayağa iftira ilə dolu belə bir məqalənin məhz indi yayılmasını təsadüf hesab etmir: \”Bu yazı gələn il prezident seçkilərinə hesablanıb. Məlumdur ki, 2018-ci ildə prezident seçkiləri həyata keçiriləcək. Bu dönəmdə belə tip yazılar tez-tez olacaq ki, cəmiyyətdə çaşqınlıq yaransın. Bu cür yazılar gözlənilən idi”.

İnterpress.az