Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durubbackend

Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Asim Mollazadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında belə deyib.

Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsinin getdiyini deyən A.Mollazadənin sözlərinə görə, bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır.

A.Mollazadə hesab edir ki, bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi, onların, Ermənistanın sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub:

“Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Azərbaycan bu müharibədə layiqli cavablar vermək üçün peşəkar beynəlxalq təcrübədən istifadə etməlidir\”. ( trend.az )

İnterpress.az