43 yaşlı kişi itkin düşdübackend

43 yaşlı kişi itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xosrov kənd sakini, 1974-cü il təvəllüdlü Adilov Əşrəf Şaban oğlu avqustun 22-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Ruhi əsəb xəstəsi olan Əşrəf Adilovun hazırda Bakı şəhərində olduğu ehtimal edilir. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qara rəngli ayaqqabı və qırmızı rəngli qolu qısa köynək olub.

Əşəf Adilov Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən xahiş olunur ki, Ağdaş rayon Polis Şöbəsinin 0202355181 0702505181 telefon nömrələrinə zəng edərək məlumat versinlər.

İnterpress.az