Mənzildən qadın meyiti tapıldıbackend

Mənzildən qadın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Şişilova Qalina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:44-də başa çatıb.​

İnterpress.az