Lənkəranda qayın qardaşı arvadını bıçaqlayıbbackend

Lənkəranda qayın qardaşı arvadını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Şovu kəndində baş verib.

Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az