Əli Əhmədov: “İnsanların daha layiqli işlə təmin olunmasına çalışırıq”backend

Əli Əhmədov: “İnsanların daha layiqli işlə təmin olunmasına çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda deyib.

O qeyd edib ki, ölkədə insanların sosial hüquqlarının qorunması vacib məsələdir: “Əsas məsələlərdən biri məşğulluğun təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda bu sahədə çox ciddi işlər görülür. Əhalinin məşğulluq problemi tam həllini tapdıqdan sonra məşğulluğun statusu məsələsi həll ediləcək. Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır. Hökumət bu sahədə ciddi işlər görür. Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə yanaşı, biz insanların daha layiqli işlə təmin olunmasına çalışırıq. Azərbaycanda əhalinin sayı artır, bununla da hər il yeni iş yerləri açılmalıdır. Bu proses davam edir”.

İnterpress.az