Azərbaycanla bağlı hesabat AŞPA-nın payız sessiyasındabackend

Azərbaycanla bağlı hesabat AŞPA-nın payız sessiyasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda tərəfindən hazırlanmış hesabatın müzakirəsi oktyabrın 11-nə planlaşdırılır.

Qarşıdakı sessiyanın ilkin proqramına əsasən, oktyabrın 11-də həmçinin belçikalı deputat Alan Desteksin müəllifi olduğu \”Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində növbəti addımlar hansılardır?\” adlı daha bir hesabatın müzakirəsi aparılacaq.

Eyni zamanda, sessiyanın gündəliyinə Pedro Aqramuntun AŞPA prezidenti vəzifəsindən çıxarılması məsələsi də daxil ediləcək. Bu məsələnin sessiyanın ilk günündə, oktyabrın 9-da müzakirə olunacağı gözlənilir.

Bundan əlavə, sessiya zamanı Albaniyadakı parlament seçkilərinə (25 iyun 2017), \”İŞİD-in insanlığa qarşı cinayətlərinin təqibi və cəzalandırılması\” hesabatına baxılacaq, Çexiya prezidenti Miloş Zemanın çıxışı baş tutacaq.

İnterpress.az