Vahid Mustafayevə qarşı dələduzluq edən qadın məhkəmədə həbs edildibackend

Vahid Mustafayevə qarşı dələduzluq edən qadın məhkəmədə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.xom xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Səbinə Əsgərova 8 il müddətində azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polis nəzəratinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

S.Əgərova ANS şirkətlər qrupunun rəhbəri rəhbəri Vahid Mustafayevə məxsus “VMF” şirkətindən külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

Səbinə Əsgərova şirkətə qarşı 34 min manat dələduzluq etməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Səbinə Əsgərova həbs edilərkən hamilə olub.

İnterpress.az