Binada yanğın oldubackend

Binada yanğın oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 168 m2 olan 3 otaqlı mənzilin bir otağında kondisioner və kitab rəfləri 7 m2 sahədə yanıb, yüksək temperaturdan digər məişət əşyaları əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az