Akif Əli Lütfi Zadəyə görə xalqdan üzr istədibackend

Akif Əli Lütfi Zadəyə görə xalqdan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün bunlardan sonra Akif Əli social şəbəkə vasitəsilə səhvini etiraf edib və üzrxahlığını bildirib. Xidmət rəhbəri yazıb:

“Hörmətli FB istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”

İnterpress.az