Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcəkbackend

Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, T.Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan T.Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.

T. Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.

İnterpress.az