Çinin xarici işlər naziri Azərbaycana gəlirbackend

Çinin xarici işlər naziri Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumataəsasən xəbər verir ki, görüşdə səfir nazir Elmar Məmmədyarovun salamlarını və ən xoş arzularını Çinin xarici işlər naziri Vanq Yi-yə çatdırıb.

Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin səfir Azərbaycanın Çinin \”Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib. Ə.Zeynallı əlavə edib ki, yeni səfir kimi ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcək.

Çinin xarici işlər naziri Vanq Yi Ə.Zeynallını yeni təyinatı münasibətilə təbrik edərək, onun da salamlarının və ən xoş arzularının həmkarı E.Məmmədyarova çatdırılmasını xahiş edib. Görüşdə nazir Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib. O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Habelə Vanq Yi Azərbaycanın \”Bir Qurşaq, Bir yol” layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib.

Sonda nazir Vanq Yi səfir Ə.Zeynallıya gələcək fəaliyyətində uğurlar arzu edib.

İnterpress.az