ABŞ-da 143 milyon insanın məlumatları oğurlandıbackend

ABŞ-da 143 milyon insanın məlumatları oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-lı kredit reportaj şirkəti Equifax, etdiyi açıqlamada, may və iyul ayları arasında təhlükəsizlik açığı münasibətilə keçirilən kiber hücum nəticəsində bəzi müştərilərin şəxsi informasiyalarının oğurlandığını bildirib.

Sızdırılan məlumatlar arasında ad, doğum tarixləri, sosial müdafiə nömrələri, ünvan və bəzi sürücü vəsiqələrinin nömrələri yer alır. Şirkət, ABŞ başından 209 min kredit kartı nömrəsinin alınaraq kopyalandığını, 182 min istifadəçinin da şəxsiyyət məlumatlarının ələ keçirildiyini bildirib. Equifax şirkəti, məlumatları oğurlayan müştərilərinin poçt vasitəsilə xəbərdar edildiyini, əyalət və federal orqanlarla iş birliyi içərisində çalışıldığını bildirib.

Mütəxəssislər, 400 milyona yaxınlaşan əhalili ABŞ-da 143 milyon insanın şəxsi məlumatlarının kiber təcavüzkarların əlinə keçməsini ölkə daxilində böyük miqyaslı bir təhlükəsizlik qorxusu kimi qiymətləndirir. ABŞ-da hər beş nəfərdən ikisinin şəxsi məlumatlarının risk altında olduğuna diqqət çəkilir.

İnterpress.az