Peterburqda azərbaycanlılardan ibarət cinayətkar dəstə tutuldubackend

Peterburqda azərbaycanlılardan ibarət cinayətkar dəstə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org bildirir ki, bu barədə “Nevskiye novosti” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər taksidə işləyiblər və yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.

Məsələn, onlar bu ilin mart ayında maşınlarına əyləşən 30 yaşlı qadına tərkibinə yuxu dərmanı qatılmış içki içirtdikdən sonra onun 170 min rublunu, iki həftə sonra isə eyni üsulla 33 yaşlı kişinin evindən 210 min rubl oğurlayıblar.

Polis tərəfindən aparılan axtarış zamanı təqsirləndirilən şəxslərdən qeyd olunan tibbi məhlul, eləcə də mobil telefon və zərgərlik əşyaları götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az