“Coca-Cola” ilə bağlı əhalini təşvişə salan səsli mesaj: “QİÇS virusu…”backend

“Coca-Cola” ilə bağlı əhalini təşvişə salan səsli mesaj: “QİÇS virusu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yüzlərlə \”WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilir ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən \”Coca-Cola”lara axıdıb. Əhalini ehtiyatlı olmağa çağırılan həmin səsli mesajda həmçinin qeyd olunur ki, hazırda şirkət bütün mağazalardan \”Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.

\”Coca-Cola” şirkəti bu gün yüzlərlə insana \”WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.
Şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya \”Coca-Cola\”nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını \”Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: \”\”Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

İnterpress.az