Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verdibackend

Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “AZƏRTAC”a istinadən xəbər verir ki, məktubda qeyd olunur:

Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nyetoya

Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 sentyabr 2017-ci il.

İnterpress.az